Kenterberili Avqustin | |
---|---|
![]() | |
Doğum tarixi | 13 noyabr 534 və ya VI əsr |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 26 may 604 və ən geci 26 may 605[1][2] |
Vəfat yeri | |
Xatirə günü | 26 may, 27 may[5], 28 may |
![]() |
Kenterberili Avqustin (lat. Augustinus Cantuariensis, ing. Augustine of Canterbury; 13 noyabr 534 və ya VI əsr, Roma[3][1] – ən tezi 26 may 604 və ən geci 26 may 605[1][2], Kenterberi[4][3][…]) — benedikt rahibi, Kenterberinin ilk arxiyepiskopu. O, tarixə "ingilislərin həvarisi" və anqlikan kilsəsinin banisi kimi düşmüşdür.[6]
Avqustin Romada Müqəddəs Andrey monastırının rəhbəri idi, 595-ci ildə papa I Qriqori onu paqan kral Etelberti xristianlaşdırması məqsədilə Britaniyaya göndərmişdir. Kenterberidə məskunlaşmaq üçün icazə aldıqdan sonra Avqustin kralı və onun minlərlə təbəəsini vəftiz etməyi bacarmışdır. Avqustin şəhər divarları xaricində bir monastır qurmuş, 601-ci ildə arxiyepiskop təyin edilmişdir. 604-cü ildə digər xristian yepiskopları London və Roçesterdə məskunlaşmış, anqlosaks kahinləri və missionerləri yetişdirmək üçün məktəb yaradılmışdır.
Ömrünün sonunda İngiltərədə Roma iyerarxiyasının möhkəmləndirilməsi ilə məşğul olmuş, lakin papanın daimi dəstəyinə baxmayaraq, Kelt yepiskoplarını öz hakimiyyətinə tabe olmağa inandıra bilməmişdir. 604-cü ildə ölümündən qısa müddət sonra kanonlaşdırılmışdır. Avqustinin davamçıları heç bir yazılı dəlil qoymadıqları üçün onun həyatı yeganə mənbələr papa Qriqorinin məktublarıdır. Ölümündən 100 il sonra, benediktli rahib Möhtərəm Beda Avqustin haqqında qalan məlumatları toplamış, onları "Anql xalqının kilsə tarixi"nə daxil etmişdir.[7]